İnsanlara hürriyət, millətlərə istiqlal!

Aleksandr Konovalov: “Rusiya Bakı-Tbilisi-Qars layihəsinə qoşula bilər”

958 02.11.2017 01:21 İqtisadiyyat A A

Rusiyalı politoloq, Strateji Qiymətləndirmə İnstitutunun rəhbəri Aleksandr Konovalov hesab edir ki, Rusiya yeni nəqliyyat xətlərində, o cümlədən BTQ-də iştirakda maraqlıdır

Bu barədə institut rəhbəri virtualaz.org-un əməkdaşı ilə eksklüziv söhbətində bildirib.

“Şübhəsiz ki, hər hansı siyasi motivlər rəhbər tutulmasa, Rusiya bu marşrutdan yararlanacaq. Moskva Cənubi Qafqazda münasibətlər balansını saxlamağa can atır və bu regionda lokal siyasi münaqişələrdən yan keçərək iqtisadi əməkdaşlıq yatarmağa çalışır. Əgər Kremldə əmin olsalar ki, burada siyasi öhdəliklər götürməyə ehtiyac yoxdur, BTQ ilə Rusiyaya aid yüklər nəql oluna bilər”, - A.Konovalov güman edir.

Qeyd edək ki, oktyabrın 30-da Azərbaycan paytaxtında Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin rəsmi açılış mərasimi keçirilib./Virtualaz.org/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR