"İndiyə kimi aldığım ən bahalı hədiyyənin qiyməti 30 min olub. Zinət əşyası idi. Başqa hədiyyələri deməyim".
Musavat.com xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Həmin Zaur" proqramında deyib.
Ailəsindən danışan Pərvin "Evdə deyirlər hamının qızı ərə getdi, Pərvin qalıb"- sualına "Atam tez-tez deyir, eşitdirir. Görür özümdə işə yaramır, bacıma deyir. Atam anamı qaçırdıb. İkisi də Bakıda təhsil alıb. Həmin vaxt tanış olublar. Ərə gedəndə ər mənə baxacaq. Hər qadın istəyir ər çörəyi yesin", cavabını verib.
"Atan işləyir? Eşitdik ata, ananı qoymursan ki, mənim kimi qızı olan işləməz" sözlərinə aktrisa, "Mənim kimi qızı olan ata, anasına baxmalıdır. Nə fərqi var, işləyir, ya yox" reaksiyasını verib.
Könül
Musavat.com






