İnsanlara hürriyət, millətlərə istiqlal!

Aldığı taburetka sındı, firmadan 350 min dollar tələb edir

1135 07.01.2015 03:26 Yaşam A A


Yaponiyada bir restoran sahibi iri mebel firması olan İKEA-nı məhkəməyə verib. İddiaya səbəb firmadan alınan taburetkanın sınması olub. Son nəticədə isə həmin taburetkada oturan Osaka şəhər sakininin barmağı sınıb. Restoran mebel firmasından 350 min dollar maddi təzminat tələb edib. 43 yaşlı restoran sahibi deyib ki, sözügedən firmadan 24 ədəd, hündürlüyü vint vasitəsilə tənzimlənən bar taburetkası alıb. Alınandan bir neçə gün sonra yaponiyalı bu stulları yoxlamaq istəyəndə isə məlum olub ki, oturan kimi taburetkalar qəfildən 10 santimetr aşağı düşür. Restoran sahibi müvazinətini itirərək qəfil yerə yıxılıb və sağ əlinin böyük barmağını yaralayıb. Restoran sahibi hazırda həmin barmağını tərpədə bilmir. Firma isə iddia edir ki, taburetkanın üstündə 100 kilodan ağır adamlar otura bilməz və restoran sahibi ağır adam olub. Amma fakt restoran sahibinin cəmi 98 kilo çəkisinin olmasıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR