Türkiyənin Alaniya bölgəsində avtomobil qəzası nəticəsində altı Rusiya vətəndaşı xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, Rusiyanın Ankaradakı səfirliyinin məlumatına görə, qəzaya düşmüş Rusiya vətəndaşları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qeyd edilib ki, Alaniyanın Sapadərə kəndinə safari turuna yola düşən rusiyalı turistlərin olduğu avtomobil çevrilib.






