İnsanlara hürriyət, millətlərə istiqlal!

"AL market"ə silahlı basqın edən şəxslər hakim qarşısına çıxarılıb

519 15.03.2020 14:25 Kriminal A A

"AL market"ə basqın edən şəxslərin məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə ittiham edilən 1997-ci il təvəllüdlü Vüqar Şahmarov və 2001-ci il təvəllüdlü Nurəddin Abbasovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə məlum olub ki, iş üzrə “Al market” MMC və oranın 4 əməkdaşı zərərçəkən şəxs qismində tanınıb.

Məkumata görə, həbs edilən şəxslər ötən il Bakıda fəaliyyət göstərən “Al market”lərdən birinə basqın ediblər. Onlar mağaza işçilərini silahla hədələyərək kassadan pul aparıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq; silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

İ.Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR