İnsanlara hürriyət, millətlərə istiqlal!

Aktrisa “Komedixana”dan ayrıldı: “Özümə hörmət edib...” - Foto

19857 11.01.2023 16:46 Şou-biznes A A

Aktrisa Firuzə Balayeva “Komedixana”dan ayrıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, aktrisa bu barədə “Səhərin səsi” verilişində danışıb. O, geri qayıtmaq fikrində olmadığını vurğulayıb:

“Mənim ağıllı adamlarla deyil, səhnədən başı çıxmayan adamlarla problemim olur. O ki qaldı geri qayıtmağa, adam getdiyi yerə necə qayıtsın? Danmıram, 3 ildən çox orada işləmişəm, oranın pulu ilə dolanmışam, az-çox tanınmışam. Bunları ayaq altına ata bilmərəm. Sadəcə, mən özümə hörmət edib, çıxmaq qərarını verdim. Ayrılmaq istəyirəm deyəndə, bəziləri getmə dedi. Amma şəxsən Ənvər Abbasov demədi, getmə. Əksinə, yazdı ki, özüm sənə demək istərdim ki, bizimki sənlə alınmır”.

Xalidə Gəray
Musavat.com

WhatsApp Image 2023-01-11 at 16.50.15.jpeg (102 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR