İnsanlara hürriyət, millətlərə istiqlal!

Aktrisa Aysel Nazim: “Yuxuma girir ki, o insanın başına fəlakət gələcək” – MÜSAHİBƏ

5285 08.04.2018 16:25 Müsahibə A A

Bir çox serial və filmlərin baş rol ifaçısı aktrisa Aysel Nazim musavat.com saytının suallarına cavab verib. O, ilk olaraq Türkiyəyə tez-tez getməsinin səbəbini açıqlayıb:

- Ayda iki-üç dəfə Türkiyəyə gedib gəlirəm. Çoxu elə bilir ki, oraya köçmüşəm. Elə deyil, Türkiyədə aktyorluq təhsili alıram. Əlavə işlər, tədbirlər olur, gedirəm. Yeni filmin çəkilişlərinə başlayacağam. Kimlərlə rol alacağım bəlli olmasa da, “Yeşilçam”ın “Neşeli günler” filminin aktyoru Tamer Şahinlə rol alacağam. Digərləri hələ bəlli deyil. Məşhur aktyorların olacağı deyilib.

- Son günlər belə bir iddia var ki, filmlər çox çəkildi, aktyor-aktrisalar müğənnilərdən önə çıxdı. Müğənnilər onlara paxıllıq edir. Bu fikirlə razısınızmı?

- Müğənnilər də bizimlə yanaşı filmlərə çəkilirlər. Bütün dünyada belədir. Amma müğənnilərin ifaçı kimi qarşımıza çıxması daha gözəldir.

- İstedadları yoxdur, yoxsa...?

- İstedadları var. Aktyorluq istedadı insanın içində olur. Müğənnilərdən Emil Bədəlovun aktyorluğunu çox bəyənirəm. Əvvəlki illərə baxanda çox dəyişiklik var. Mən də çox şey öyrənmişəm. Mükəmməlçi insanam. Özümə tənqidi yanaşıram. Özümüzə bayılaraq baxmamalıyıq.



- Xatunun məşhurları parodiya etməsinə münasibətiniz necədir?

- Onu izləməmişəm. Gözəl alınırsa, davam etsin.

- Türkiyədə təhsil alırsınız. Buna səbəb “Aparıcı idi, bu da aktrisa oldu” deyənlərdir?

- Özümü inkişaf etdirmək, öyrənmək istəyirəm. Gələcəkdə Hollivudda da təhsil alacağam. Nyu-Yorkda bir məktəblə danışmışam.

Mən uşaq vaxtından məktəbdə tamaşalarda rol alırdım. İnsanın içindəki qabiliyyəti gərək rejissor üzə çıxartsın. Bizdə çox çatışmayan cəhət var, amma inkişaf edirik. Mən də özümü təkmilləşdirmək üçün təhsil alıram. Orada türk rejissorlarla çalışırıq.

Onlar yola verdi çəkiliş etmirlər. Təəssüf ki, bizim rejissorlar isə yola verirlər.



- Yayda “O kuş buraya gelecek” adlı Türkiyə istehsalı olan filmdə rol aldınız, amma yayımlanmadı.

- Sentyabrda nümayiş olunacaq. Həm Türkiyədə, həm Bakıda qala gecəsi keçiriləcək. Bu yaxınlarda “Anbar” adlı filmdə rol almışam. Rejissoru Aqil Nağıyevi çox bəyəndim. İş rejimi, aktyorlarla işləməyi yaxşıdır.

- Son zamanlar tanınmışlar sosial şəbəkədə yazdığı savadsız statuslarla gündəmdədirlər. Onlar adi sözlərin belə düzgün yazılışını bilmirlər.

- Adi səhv sözünü “səf” olaraq yazırlar. Çox mütaliə etmək lazımdır. Bəzi aparıcılarımız da müğənnilərimizin günündədir. Təəssüf ki, bizdə aparıcılıq məktəbi yoxdur. Amma onlar peşəkar diktorlardan dərs ala bilərlər. Mən AZTV məktəbi keçmişəm, ATV-də xəbərlərdə çalışmışam, Aygün Qaradağlı, Rafiq Haşımov, Gülşad Əkbərova, Əli Məhəmmədoğlu müəllimim olub. Fəxr edirəm ki, o insanlardan aparıcılıq dərsləri almışam.



- Keçən dəfə sosial şəbəkədə düşmənləriniz barədə status yazmışdınız. Düşmənləriniz çoxdur?

- Zamanla artırlar. Mənə pislik etsələr, başlarına nə isə gəlir. Yuxuma girir ki, o insanın başına fəlakət gələcək. Yuxum çin çıxır.

Mən kinli insanam. Biri mənə pislik edəndə mən də 5 qat cavabını vermək istəyirəm. Amma görürəm ki, Allah onun cəzasını verib.

- Bir zamanlar rəfiqə olduğunuz Vüsalə Səidlə küsülüsünüz. Hazırda barışdınız?

- Aramızda böyük problem olmayıb. Ətrafımdakılardan və məndən istifadə etmək istəyən insanları sevmirəm. Onun haqqında danışıb, gündəmə gətirmək istəmirəm.

Könül
Musavat.com
Fotolar Elçin Əkbərovundur.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR