İnsanlara hürriyət, millətlərə istiqlal!

Aksiz markası olmayan siqaret partiyasının ölkəyə gətirilməsinin qarşısı alındı

1614 16.03.2017 12:13 Son xəbər A A

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Nazlifan LF7132/2-320" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin ön və arxa buferlərinin altından, yük yerinin qabağında xüsusi düzəldilən yerdən və salonundan gömrük nəzarətindən gizlədilən, üzərində aksiz markası olmayan 6300 ədəd "Dubao" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR