14.20
İstanbulun seçki dairəsi AKP-nin bu şəhər üzrə bələdiyyə seçkilərinin nəticələrinin ləğv edilməsinə dair tələbini rədd edib. Seçki dairəsi müraicəti qəbul etdikdən cəmi bir neçə dəqiqə sonra ona rədd cavabı verib, nəticələrin ləğvi üçün əsas olmadığı qənaətinə gəlib.
***
Türkiyədə hakim AKP martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələrinin ləğv edilməsi üçün iddia qaldırıb.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, iddianı qaldıran AKP-nin İstanbulun Böyükçekmece rayonu üzrə yerli təşkilatıdır. Təşkilat iddia edir ki, Böyükçekmecede seçicilərin qeydiyyatında pozuntular olub və bu səbəbdən bütün İstanbul üzrə nəticələr ləğv edilməlidir.
Xatırladaq ki, bundan əvvəl AKP İstanbulun bütün rayonları üzrə etibarsız hesab edilmiş səslərin yenidən sayılması, bəzi rayonlarda isə bütün səslərin yenidən hesablanması üçün iddia qaldırmışdı. Lakin səslərin yenidən sayılması 17 rayonda başa çatsa da seçkilərdə rəsmi olmayan nəticələrə görə qalib gəlmiş CHP namizədi Əkrəm İmamoğlunun yenə də AKP-nin namizədi Bülent Yıldırımdan irəlidə olduğu təsdiqlənib. Son məlumatlara görə İmamoğlu 18.500-dən çox səs fərqi ilə Yıldırımdan irəlidədir.
AKP-nin İstanbul üzrə seçki nəticələrinin ləğvinə dair iddiasına seçki komissiyasının münasibəti hələ məlum deyil.






