"AKP-MHP koalisiyasına da dəstək verərik" - Demirtaşdan gözlənilməz açıqlama
"AKP CHP ilə ya da MHP ilə koalisyon hökumət qurarsa biz də kənardan dəstəkləyərik"
Avropa.info xəbər verir ki, bu bəyanatla HDP lideri Səlahəddin Demirtaş çıxış edib.
"MHP mövqeyini açıqlayıb, hökumətin tərkibində olmayacaqlar. Bizə görə Türkiyədə bir hökumət qurulmalıdır. Cəmiyyət artıq koalisiyaya səs verib. Koalisyon hökumətin müsbət və ya mənfi cəhətləri də ola bilər . Davudoğlu ilə görüşümüzdə də deyəcəyik, koalisyon hökumət qurulsun, biz kənardan dəstək verməyə hazırıq."
Qeyd edək ki, HDP MHP ilə düşmən münasibətdədir. Demirtaşın bu açıqlaması Türkiyə siyasətində müxtəlif müzakirələrə səbəb olub.






