İnsanlara hürriyət, millətlərə istiqlal!

Akif Çovdarovdan zərər çəkən şəxsə 13 il iş istənildi- 19 milyon mənimsəyib

2766 14.11.2016 15:21 Gündəm A A
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi adı keçən iş adamı İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, məhkəmədə prokuror çıxış edib.

Dövlət ittihamçısı İlham Qasımova 13 il iş istəyib.

Növbəti məhkəmə prosesi noyabrın 18-nə təyin edilib. Həmin prosesdə müdafiə tərəfi çıxış edəcək, təqsirləndirilən şəxs son söz deyəcək.

Qeyd edək ki, təqsirləndirilən İlham Qasımov elan olunan ittihamla özünü günahkar bilmədiyini deyib.

Xatırladaq ki, İlham Qasımov “Real” MTK-nın rəhbəri olub. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. 

Qeyd edək ki, İlham Qasımov işində zərərçəkənlərdən biri də məşhur iş adamı, azərbaycanlı Gülağa Qəmbərovdur (Gülağa Tənha). O, məhkəmədə ifadəsində şərik olduğu İlham Qasımov tərəfindən aldadıldığını və 19 milyon 500 min dollarının mənimsənildiyini bildirmişdi.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR