İnsanlara hürriyət, millətlərə istiqlal!

“AirBaltic” aviaşirkəti bir sıra istiqamətdə uçuşları bərpa edəcək

291 17.02.2021 11:29 Dünya A A

Latviyanın “AirBaltic” aviaşirkəti mart ayında Vilnüsdən Münhen və Oslo, aprel ayında London, iyun ayında Dublin, Dubrovnik və Tallinn istiqamətində uçuşları həyata keçirməyi planlaşdırır.

AZƏRTAC Litva mətbuatına istinadla xəbər verir ki, şirkət qış mövsümündə Baltikyanı ölkələr ilə lazımi hava daşımacılığını həyata keçirmək məqsədilə Vilnüsdən beş fərqli istiqamətə − Amsterdam, Berlin, Kiyev, Paris və Riqa şəhərlərinə uçuşları davam etdirir.

Aviaşirkət carı ilin statistik rəqəmlərinə əsasən bildirib ki, şirkət 2020-ci ildə Litvadan 195 min sərnişin daşıyıb ki, bu da 2019-cu illə müqayisədə 63 faiz az göstəricidir.

Qeyd edək ki, aviaşirkətin səhmlərinin 96,14 faizi Latviyaya, təxminən 4 faizi isə investor Lars Tussenin rəhbərlik etdiyi Danimarkanın “Aircraft Leasing 1” şirkətinə məxsusdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR