Hindistanın “Air India” aviaşirkəti artıq çəkiyə görə 34 ekipaj üzvünü uçuşlardan kənarlaşdırıb.
AZƏRTAC “newsnetone.com” saytına istinadla xəbər verir ki, onlardan 30-u qadın, 4-ü isə kişidir.
Aviaşirkətdən bildirilib ki, belə əməkdaşlara çəkilərini azaltmaq üçün kifayət qədər imkan yaradılır. Onlar artıq çəkidən qurtulmayana qədər uçuşlara buraxılmayacaqlar.






