İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ailə qurursan, sonra söz-söhbət başlayır” – Röya tənqidlərə cavab verdi - FOTOLAR

2070 08.04.2018 17:37 Şou-biznes A A

Müğınni Röya Ayxan mayın 5-də Bakı Konqres Mərkəzində verəcəyi konsertdən danışıb.

Musavat.com saytına açıqlama verən müğənni hazırlıqlara başlamadığını deyib: “Repertuarı Rəşad Haşımov hazırlayacaq. Yeni və köhnə mahnılarımı oxuyacağam. Mən geyimi birinə, mahnıların seçimini birinə tapşırıram. Ancaq səsimi qoruyuram. Maraqlı konsert gözlənilir. Tamaşaçılarıma unudulmaz gecə yaşadacağam”.

Röya köhnə mahnıların daha gözəl olması haqda səsləndirilən fikirlərə də münasibət bildirib: “İndi də çox gözəl mahnılar yazılır. Hamı deyir, 5-6 il əvvəl daha gözəl mahnılar yazılırdı. Bu səhv fikirdir. Hər zamanın öz  hökmü var. 5 il əvvəl geyindiyimiz paltarı geyinirik? Yox. Əvvəl saçda qaynaq görünürdü. Indi istəmirlər görünsün. Ailə qurursan, hər zaman hər şey gözəl olur? Zamanla orada da söz-söhbətlər yaranır. Övlad böyüdürsən, əvvəl üstünə qaçan uşağı, sonra evdə tapmırsan. Indiki mahnılar da gözəldir. Deyirlər, Şövkət xanımın mahnıları hələ də yaşayır. İndi elə mahnılar yazılmır. O zaman “Səninəm”, “Gəlmədin” niyə sevildi? Gələcəklə yaşamaq lazımdır. 5 il əvvəl “pijama”nı yatanda geyinirdik, indi küçəyə geyinirik”.

Könül
Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR