Aİ və Türkiyə miqrasiya böhranının həlli üzrə razılığa gələ bilməyib
Avropa İttifaqı (Aİ) liderləri miqrasiya böhranının tənzimlənməsi planı üzrə Türkiyə ilə razılığa gələ bilməyiblər.
"Report" xəbər verir ki, bu barədə Aİ-nin rəsmi nümayəndəsinə istinadən "Reuters" məlumat yayıb.
"Türkiyənin təklifi bəzi ölkələrin xoşuna gəldi, lakin bu gün qərar qəbul oluna bilməz, çünki hazırlıq üçün vaxt çox azdır", — deyə mənbə qeyd edib.
Məlumatda bildirilir ki, böhranın həlli istiqamətində iş yaxın günlərdə davam etdiriləcək.
Hazırda Brüsseldə növbədənkənar Türkiyə-Aİ sammiti keçirilir. Sammitdə ölkələr Avropada miqrasiya böhranı ilə mübarizə üzrə tədbirləri təsdiq etməlidir.






