İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ və ABŞ-ın azadlıq tələb etdiyi jurnalist efirə çıxarıldı - qolunda işgəncə izləri...

2586 04.06.2021 22:02 Dünya A A

Roman Protaseviç müxalifəti “ifşa etdi”, Lukaşenkonu isə...

NEXTA teleqram kanalının keçmiş baş redaktoru Roman Protaseviç Belarus dövlət telekanalı ONT-nin rəhbəri, keçmiş hərbçi və Lukaşenko administrasiyasının sabiq əməkdaşı Marat Markova müsahibə verib. Onu müsahibədə dedikləri geniş rezonans və ciddi suallar doğurub.
Protaseviç Belarus DTX-nın istintaq təcridxanasında saxlanılır, vəkilin onunla görüşməsinə icazə verilmir və ittihamı ilə bağlı digər təfərrüatlar açıqlanmır. Müsahibənin də nə zaman çəkildiyi də bilinmir.

Kameralar qarşısında Protaseviç ictimai qaydanları pozulmasının təşkilində və hazırlanmasında günahkar olduğunu "etiraf edib". Protaseviç deyib ki, könüllü olaraq müsahibə verməyə razı olub, özünü yaxşı hiss edir, yalnız bir az soyuqlayıb. Keçmiş NEXTA baş redaktoru hətta onu da deyib ki, müsahibədən əvvəl onu hansısa xəsarətlərə görə qrim etməyiblər. Amma müsahibədə Protaseviçin əlləri ilə üzünü ovuşdurduğu zaman biləklərində yaralar olduğu görünüb. Həbs edildikdən sonra onun zorakılığa məruz qalıb-qalmadığı dəqiq bilinmir.

Müxalifətçi deyib ki, “Ryanair” təyyarəsində olması barədə Minskə xəbər verilməsində müxalifət lideri Svetlana Tixanovskayanın qərargahının əməkdaşı Danil Boqdanoviçdən şübhələnir. Protaseviçin dediyinə görə, son vaxtlar onların münasibətləri gərgin imiş.

Protaseviç Belarus müxalifətini də tənqid edib. Deyib ki, Svetlana Tixanovskaya Litvada vergiödəyiciləri(yəni xalq-red), xüsusi sponsorlar və diaspora maddi kömək edir. Polşanın isə Varşavadakı “Belarus Evi”nə təxminən 50 milyon zlot (təxminən bir milyard rubl) ayırdığını iddia edib.

roman arvad.jpg (58 KB)

Bundan əlavə, Protaseviç Belarus prezidenti Aleksandr Lukaşenko haqqında da danışıb: “Gizlətməyəcəyəm, Aleksandr Qriqoryeviçi çox tənqid etdim. Mənə elə gəlirdi ki, bunun üçün səbəblər də vardı. Amma getdikcə daha çox jurnalistika ilə deyil, siyasi işlərlə məşğul olmağa başladıqda başa düşdüm ki, Aleksandr Qriqoryeviçə tənqidlər əslində sadəcə, ona təzyiq cəhdidir”.

Markovun Lukaşenkoya hörmət edib-etməməsi barədə sualına jurnalist belə cavab verib: "Əlbəttə..."

Protaseviç Donbasa getməsini həyatının “ən böyük səhvi” adlandırıb. O, jurnalist etikasını pozduğunu bildirib. Qondarma “Luqansk Xalq Respublikasında” onun barəsində cinayət işinin başlanmasını isə "məntiqli" adlandırıb və oraya ekstradisiya olunmaqdan qorxduğunu söyləyib. Qeyd edək ki, Protaseviç Ukraynın nəzarət etdiyi bölgəyə fotomüxbir kimi gedib, amma həbs edildikdən sonra onun Rusiyada qadağan olunmuş Ukraynanın “Azov” alayında əlində avtomat olan şəkli yayımlanıb. Ukraynada bildiriblər ki, Protasaviç jurnalist kimi gəlib və avtomatla yalnız xatirə şəkli çəkdirib. Protaseviçin həbsdə olduğu müddətdə bu şəkli necə gördüyünü, qondarma “LXR”də onun barəsində cinayət işi açıldığından necə xəbər tutması da haqlı suallar doğurub...

Protaseviç bütün teleqram kanallarının Tixanovskayanı dəstəklədiyini və hətta "zəif tənqidlərin" qadağan olunduğunu söyləyib. Bundan əlavə, NEXTA-nı layihənin həmtəsisçisi Stepan Putilo ilə qarşıdurma səbəbindən tərk etdiyini söyləyib.

eee.PNG (267 KB)

Onun dediyinə görə, NEXTA əvvəlcə yalnız reklam yolu ilə pul qazanıb və daha sonra “bir Rusiya şirkəti” tərəfindən maliyyələşdirilib. O, NEXTA kanalının özünü Rusiya gündəminə yönəltməyi planlaşdırdığını iddia edib.

Dmitri Protaseviç “Dojd” telekanalına müsahibədə oğlunun “özü danışmadığına” əmin olduğunu vurğulayıb. DTX istintaq təcridxanasında Protaseviçin sevgilisi, rusiyalı qadın Sofia Sapeqa da var. Romanın valideynləri oğlunun Sepaqa ilə şantaj edildiyini düşünürlər. "Həkimlərin hələ də onu görməsinə icazə verilmir və onun real vəziyyətini qiymətləndirə bilmərik" dedi Protaseviçin atası bildirib.

Protaseviç mayın 23-də, Afinadan Vilnüsə gedən “Ryanair” təyyarəsi Minsk hava limanına mina xəbərdarlığı adı altında enərkən tutulub.

Protaseviçin təyyarədə həbs edilməsi mina xəbərdarlığının yalan olduğunu üzə çıxarıb və bundan sonra Belarus prezidentinə təzyiqlər daha da artıb. Avropa Birliyi ölkələri Belarusa uçuşları dayandırıb, Belarus aviaşirkətinin hava məkanlarına girməyi qadağan edib. Rusiya Federasiyası vətəndaşı olan sevgilisi Sofia Sapeqa barəsində iki ay həbs qərarı verilib.

 

Orxan Əliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR