İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ: Son 10 ildə “Şərq Tərəfdaşlığı” ölkələri ilə əməkdaşlıq səmərəli olub

482 26.07.2019 17:46 Siyasət A A

“Son 10 il ərzində Avropa İttifaqına üzv ölkələr və Azərbaycan, Gürcüstan, Belarus, Moldova, Ukrayna və Ermənistan arasında gücləndirilmiş əməkdaşlıq səmərəli olub. Bu əməkdaşlıq çərçivəsində vətəndaşlar üçün konkret addımlar atılıb”.

APA-nın xəbərinə görə, bu fikirlər Avropa İttifaqının (Aİ) rəsmi saytında yer alıb.

Bildirilib ki, “2020-ci il üçün 20 praktiki nəticə” adlı birgə islahat gündəminin sayəsində regionda daha güclü iqtisadiyyat qurulub, daha güclü idarəçilik, əlaqələr və cəmiyyətlər formalaşdırılıb: “Bu il mayın 14-də “Şərq Tərəfdaşlığı” proqramının 10-cu il dönümünə həsr olunmuş yüksək səviyyəli konfransda Avropa İttifaqı Komissiyasının prezidenti Jan-Klod Yunker proqramın gələcəyinə dair müzakirələrə start verib. Bu kontekstdə də Avropa İttifaqı Şurası Komissiyaya “Şərq Tərəfdaşlığı” proqramının gələcəyinə dair təkliflər irəli sürməyi tapşırıb”.

Qeyd olunub ki, oktyabrın 31-nə kimi Aİ-yə üzv ölkələr və “Şərq Tərəfdaşlığı” proqramının üzvləri, beynəlxalq təşkilatlar, beynəlxalq maliyyə institutları, gənclər, media nümayəndələri 2020-ci ildən sonra proqramın gələcəyinə dair fikirlərini bölüşməyə dəvətlidirlər.

Müşavirə tipli tədbirlər oktyabrın 31-dək Aİ və tərəfdaş ölkələrdə keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR