İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Orbanın Rusiyaya səfərindən sonra Macarıstanın sədrliyini ləğv edə bilər

733 09.07.2024 10:21 Dünya A A

Avropa İttifaqı (Aİ) ölkələri Macarıstanın Baş naziri Viktor Orbanın Rusiya və Çinə səfərlərindən sonra Budapeştin Aİ Şurasına yarımillik sədrliyini ləğv etmək imkanını nəzərdən keçirirlər.

Bu barədə “Euobserver” portalı Avropa diplomatlarına istinadən məlumat yayıb.

Məlumata görə, Aİ səfirləri Orbanın iyulun 10-da Avropa İttifaqı yanında Daimi Nümayəndələr Komitəsinin iclasında Moskva və Pekinə səfərini müzakirə edəcəklər.

Portal qeyd edib ki, Avropa İttifaqı Orbanın səfərləri zamanı Macarıstanın Aİ Şurasına sədrliyinin loqosundan istifadə etməsindən narazıdır, baxmayaraq ki, bu, yalnız Budapeşt adından qüvvədədir.

Portalın mənbələri iddia edib ki, pərdə arxasındakı bəzi ölkələr Macarıstanın sədrlikdən məhrum edilə biləcəyi ssenarisindən danışırlar və bu ilin sonuna qədər iki ölkə - İspaniya və Belçika eyni vaxtda yerlərini tutacaqlar.\Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR