İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ komissarı: "Sərhədlərin delimitasiyası və demarkasiyasına kömək etməyə hazırıq"

246 04.02.2022 20:45 Siyasət A A

"Avropa İttifaqı Azərbaycanla Ermənistan arasındakı sərhədin delimitasiyası və demarkasiyası işlərinə kömək etməyə hazırdır".

Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Oliver Varhelyi xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Aİ rəsmisi Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında maraqlı olduqlarını da diqqətə çatdırıb.

“Biz sərhədlərin delimitasiyası və demarkasiyası işlərinə, habelə minalardan təmizləmə əməliyyatına texniki dəstək verə bilərik” – deyə o vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR