İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyir

219 19.07.2022 18:47 Dünya A A

“Avropa İttifaqı (Aİ) Cənubi Qafqazın təhlükəsiz, sabit və firavan məkana çevrilməsi ilə bağlı səyləri dəstəkləyir”.

 Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Brüsseldə keçirilən Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclasının yekunlarına dair mətbuat konfransında deyib.

“Biz Azərbaycanın xarici işlər naziri ilə qonşularla, xüsusən də Ermənistanla münasibətləri müzakirə etdik. Bu baxımdan mən Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ötən şənbə günü Tbilisidə keçirilən görüşü alqışlayıram. Aİ bu səyləri dəstəkləməyə hazırdır və fikir ayrılıqlarını aradan qaldırmaq, həll yollarını tapmaq üzərində fəal işləyir”,- ali nümayəndə vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR