İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ah, İstanbul...”-Türkiyədə xaricilərə yaşamaq və ev almaq qadağası

4200 10.07.2022 00:17 Yazarlar A A

Qadağa siyahısına İstanbul, Antalya və Alanya kimi şəhərlər də daxildir, ruslar narahatdırlar...

Türkiyə əcnəbilərin mənzil ala bilməyəcəyi və yaşamaq icazəsi verilməyəcək şəhərlərin siyahısını hazırlayıb. Buraya İstanbul, Antalya, Alanya kimi şəhərlər də daxildir. Ümumilikdə, Türkiyə hökuməti ölkənin 1169 bölgəsində əcnəbilərin daimi yaşamasını qadağan edib.

“Moskovskiy komsomelts” Türkiyə mediasına istinadən yazır ki, bu addım “ölkəni türklər üçün qorumaq” məqsədi daşıyır. Bu ilin fevral ayından etibarən ölkəyə əvvəllər görünməmiş sayda xarici vətəndaşlar, xüsusən də ruslar gəlib. Qanuna görə, Türkiyənin hər bölgəsində əcnəbilərin sayı yeri əhaliyə nisbətdə 20%-dən çox olmamalıdır.

İstanbulda xaricilərin sayı digər bölgələrdən daha çoxdur. On ildən çoxdur Türkiyədə yaşayan rus qadın deyib ki, burada xaricilərin sayı 25% təşkil edir. İndi Türkiyə hökuməti bəzi əyalət şəhərlərini də əcnəbilər üçün əmlak alıb yaşamaq qadağası siyahısına salıb.

Antalyada mənzil alan rusiyalı blogger sayta bunları deyib: “Əvvəlcə hökumət xaricilərə mənzil kirayə verənləri yoxlamağa başladı, indi isə bu, daşınmaz əmlak sahiblərinə də təsir etdi. Hələlik, tam aydınlıq yoxdur. Amma çox güman ki, indi heç kim qadağan olunmuş yerlərdə (Türkiyə vətəndaşı ilə nikah istisna olmaqla) mənzil almaq və yaşayış icazəsi üçün müraciət edə bilməz. İstənilən əcnəbi qadağa siyahısında olmayan bölgələrdə yaşamaq icazəsi üçün müraciət edə bilər”.

hagia-sophia-museum-by.jpg (80 KB)

“Siyahıya daxil olan yaşayış məntəqələrində iyulun 1-dən əcnəbilərə yaşamaq icazəsi verilmir” - İstanbul İmmiqrasiya İdarəsində belə izahat veriblər. Əlavə edilib ki, bu müvəqqəti tədbirdir: “Hazırda həddindən artıq çox xarici məskunlaşan ərazilər qadağa siyahısına daxil edilib. Hansı ki, bu yerlərdə həm icarə, həm də daşınmaz əmlakın alışı qeyri-sağlam qiymət artımına gətirib çıxarır. Vəziyyət normallaşan kimi stop-list ləğv ediləcək”.

Son üç ayda Mahmutlar və ya Kargıcak kimi kurort yerlərində (Alanyanın bütün şəhərətrafı əraziləri də xaricilərin məskunlaşması üçün qadağandır) tikilməkdə olan mənzillər alan ruslar qadağanın müvəqqəti olduğuna inanmırlar.
Sayt qadağaya məruz qalan ərazilərdə mənzil sahibi olan ruslara bəzi məsləhətlər də verib.

Bildirilir ki, TAPU tərtib etməyinizə əmin olun, çünki bu, Türkiyə ərazisində mənzil sahibinin əsas sənədidir. Hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, ev alan hər kəsə Kadastr İdarəsi tərəfindən mülkiyyət şəhadətnaməsi verilir. Belə bir sənədiniz olarsa, Türkiyədə əcnəbilərin yaşamasına qoyulan qadağa götürülənə qədər əmlakı icarəyə vermək olar.

231324425.jpg (30 KB)

Həmçinin, Türkiyədə ruslar turist vizası ilə ildə 90 gün bir uzatma ilə - yəni heç bir problem olmadan 2 ay yaşaya bilərlər və daha bir ay uzatma izni üçün immiqrasiya idarəsinə müraciət etməlidirlər. Belə ki, qara siyahıya düşən ərazilərdəki ev sahibləri ildə üç ay orada yaşaya, qalan vaxtlarda isə mənzili kirayə verə bilərlər.

Türkiyədə daimi yaşamağa seçən ruslar isə ümidsizliyə qapılmırlar və hətta hakimiyyətin hərəkətlərində müəyyən üstünlüklər də görürlər.
Onlar “ölkəsindən baş götürüb qaçan təsadüfi adamlar indi Türkiyəni sığınacaq kimi görməyəcəklər. Onlar azaldıqca, anormal qiymətlər də öz yerinə düşəcək” deyirlər.

 

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR