İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ağzından horra tökülür, "fişka" kimi..."- Ayanla Namiq dalaşdı

5428 05.10.2019 23:40 Şou-biznes A A

"Maşın” şounun dördüncü günü də qalmaqalsız ötüşməyib.

Musavat.com xəbər verir ki, bu dəfə müğənni Ayan Babakişiyeva və aşıq Namiq Fərhadoğlu mübahisə edib. Onlar nahar zamanı söz savaşına çıxıblar.

Aşıq Namiq Ayana qışqıra-qışqıra iradını bildirib:

“Özünü o qədər göylə aparırsan ki, nə olub, yekə qızsan. Elə bil Maykl Ceksonsan. Dünəndən səni yola verirəm, Kimsən sən? Adamını tanı. Sakit dururam, əsəbiləşdirirsən”.

Bu zaman Ayan “Səsinin tonunu aşağı sal. Ağzından horra tökülür. Hamıya xoflu-xoflu baxırsan. Səni “fışka” kimi ortaya atdılar” sözləri ilə ona qarşılıq verib.

İkilini şounun iştirakçıları sakitləşdirib.

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR