İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağsuda 2 300 nəfər ikinci doza vaksini qəbul edib

323 29.03.2021 18:28 Ölkə A A

Bölgələrdə koronavirus infeksiyasına qarşı peyvəndlənmə prosesinin ikinci mərhələsi davam etdirilir.

Bu barədə Trend-ə Ağsu rayon Mərkəzi Xəstəxanasının direktoru Əli Hüseynov deyib. Onun sözlərinə görə, rayon üzrə ümumilikdə 2 813 nəfər vaksin olunub: "Onlardan 2 300 nəfər artıq ikinci dozanı qəbul edib. 512 nəfər isə birinci doza peyvəndi qəbul edib. Həmin şəxslərin müddəti başa çatandan sonra ikinci dozanı da qəbul edəcəklər".

Direktor qeyd edib ki, indiyə qədər peyvənd olunanlar arasında əks reaksiya halları baş verməyib: "Nə birinci, nə də ikinci dozanı qəbul edənlərdən heç kimdə əks reaksiya qeydə alınmayıb. Peyvənd olunan şəxslər mütəmadi olaraq nəzarətdə saxlanılsa da, heç birində mənfi hal aşkarlanmayıb. Proses normal davam edir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR