Ağsu və Füzuli rayonlarında taxıl sahələri yanıb
Ağsu rayonu ərazində yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən 20 km aralıda yerləşən Məlikçobanlı kəndində baş verib. Hadisə nəticəsində bələdiyyəyə məxsus ərazidə 4 ha biçilmiş taxıl sahəsi yanıb.
Yaxınlıqdakı nar bağları yanğından mühafizə olunub.
Digər yanğın hadisəsi Füzuli rayonunda baş verib. Rayonun Aşağı Veysəlli kəndində vətəndaşa məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanıb. Məlumata görə, digər əkin sahələri yanğından mühafizə olunub.






