İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağstafada koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir

379 22.06.2020 13:59 Son xəbər A A

Ölkəmizdə tətbiq olunan karantin rejiminin qaydaları yumşaldılsa da, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən məlumata görə əhalinin sanitar-karantin qaydalarına əməl etməsi üçün daxili işlər orqanları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır. Karantin qaydalarına riayət etməyənlər barəsində qanunamüvafiq tədbirlər görür.

Növbəti belə tədbirlərdən biri də Ağstafada baş tutub. Sanitar rejiminin qaydalarına riayət etmək məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları sakinlərin daha sıx toplaşdığı, hərəkətin intensiv olduğu ərazilərdə maarifləndirici söhbətlər aparıb, sanitar rejimin tələbləri izah edilib, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu vətəndaşların diqqətinə çatdırıb. Eyni zamanda vətəndaşlara tibbi maskalar paylanılıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR