44 günlük müharibədə biz vətəni onlara əmanət etdik, canları, qanları hesabına torpaqlarımızı qorudular, işğalda olan yurdlarımızı azad etdilər. İndi isə onlar vətənin bizə əmanətləridir, minlərlə qəhrəmanımız, şəhidimiz, qazimiz. Onları tanıtmaq, şəhidlərimizin xatirəsini yaşatmaq, qazilərimizin qəhrəmanlıq dastanlarını dinləmək bizim borcumuzdur.
Musavat.com olaraq bu istiqamətdə çoxsaylı reportajlar yayımlamışıq.
Bu dəfə ki, qəhrəmanımız isə İlqar Müşfiq oğlu Həsənlidir.
Müharibənin ilk günlərindən könüllü olaraq döyüşlərə qatılan İlqar Fizulidə, Cəbrayılda, Xocavənddə gedən döyüşlərdə iştirak edib, qəhrəmanlığı ilə seçilib.
Biz də qazimizi geniş ictimaiyyətə tanıtmağı özümüzə borc bildik, onun evinə, ailəsinə baş çəkib, keçdiyi döyüş yolunu öz dilindən işıqlandırmağa çalışdıq.
Qeyd edək ki, qəhrəmanımız göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub.
Alim Liftiyev
Elçin Əkbərov
Musavat.com






