İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ağlımdan çıxara bilmədiyim görüntülər, burnumdan getməyən qoxular var" - aktyordan ürəkdağlayan sözlər

745 16.02.2023 18:05 Şou-biznes A A



Türkiyənin tanınmış aktyoru Hakan Hatipoğlu sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib. Aktyor zəlzələdən darmadağın olmuş ərazilərin görüntülərini paylaşaraq, qeyd edib:

“Hamımız çox pis vəziyyətdəyik. Ürəyimdə qalan ağrılar, ağlımdan çıxara bilmədiyim görüntülər, burnumdan getməyən qoxular var. Çox böyük bir fəlakət yaşadıq. Öyrənməli çox dərslər var...

Səyahət etməyi xoşlayıram, ölkəmizdə 3 şəhər var ki, gəzib doya bilmirəm. Çanaqqala, Rizə və Hatay... Və o Hatay artıq yoxdur... Maraş, Antep, Adıyaman, Adana, Diyarbəkir, Osmaniye, Malatya...

O binalardan 10 lirə artıq qazanmaq üçün oğurlayan, uşaqların, insanların, heyvanların ölümünə səbəb olan, həmçinin zəlzələdən sonra fürsətçilik edən şəxslərə haqqımı halal etmirəm. Allah özü onların cəzasını versin.
Çox pis haldayam, 10 minlərlə insanı bu qədər asan itirməyimizi qəbul edə bilmirəm. Millətimizin başı sağ olsun!"

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR