İnsanlara hürriyət, millətlərə istiqlal!

"Leyla Medical Center" növbə ilə bağlı qalmaqala aydınlıq gətirdi

4083 14.06.2021 10:37 Gündəm A A

 


"Leyla Medical Center" Musavat.com-da iyunun 11-də dərc olunan yazı ilə bağlı açıqlama verib.

Klinikadan Musavat.com-a verilən məlumatda bildirilib ki, randevu sistemi "Leyla Medical Center" tərəfindən tənzimlənmir:

"Bildirmək istəyirik ki, ölkəmizdə “COVID-19” infeksiyası əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq  peyvəndlənmə prosesi davam edir. Ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilib. Xidməti daha əlçatan etmək məqsədilə digər özəl klinikalarla yanaşı, "Leyla Medical Center" də özəl klinika olaraq vaksinasiya proqramına qoşulub. 18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş randevu.its.gov.az saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada randevu götürür.

Bildirmək istəyirik ki, Randevu sistemi TƏBİB tərəfindən tənzimlənir. Biz ancaq  peyvəndlənmə prosesini həyata keçiririk.

Nəzərə alsaq ki, yeni gətirilən "Pfizer" Avropanın qəbul elədiyi vaksindir. Ona görə vətəndaşlarımız da hamısı bu vaksin üçün müraciət edir. Vaksinin saxlanılması, daşınması və vurulması  xüsusi qaydaları əsasında aparıldığı üçün, buna da müəyyən vaxt sərf olunur.
Həmçinin, Leyla Medical Centerdə digər xidmətlərdə yanaşı və peyvənd olunan vətəndaşlarımızın da peyvənd öncəsi həkim müayinəsi aparılır.  Bütün bunlar müəyyən vaxt ərzində icra olunur.

Bir daha bildirmək istəyirik ki, randevu sistemi Leyla Medical Center tərəfindən tənzimlənmir. Ona görə də vətəndaşlardan da xahiş edirik ki, bunu anlayışla qarşılasınlar. Biz "Leyla Medical Center" olaraq vətəndaşlarımıza  daim xidmət göstərməklə böyük zövq alırıq. Vətəndaşlarımızın rahatlığı və məmnuniyyəti hər zaman bizim üçün vacib məsələdir. Öhdəmizə götürdüyümüz bütün tapşırıqlara çox məsuliyyətlə yanaşırıq. Bu bizim peşə borcumuzdur".

 

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR