Ağdaşda ağaca çırpılan “Hummer”də sıxılmış vəziyyətdə qalan şəxs xilas edilib
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdaş şəhərində “HUMMER” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarında ağaca çırpılması barədə məlumat daxil olub.
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış vətəndaşı çıxarıblar. Həmin şəxs aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 05:57-də başa çatıb.






