İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdamda mağazadan 2 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb - FOTO

900 16.10.2016 15:14 Hadisə A A

Ağdamda mağazadan 2 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb.
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə,  rayonun Xındırıstan kəndində fəaliyyət göstərən gündəlik tələbat malları mağazasının qıfılını sındıraraq  2 min manatlıq mobil telefon danışıq kartları oğurlayan şəxslər Bakı şəhərində saxlanılaraq Ağdama gətiriliblər.
 
Saxlanılan şəxslər 1988-ci il təvəllüdlü Nəsibov Namiq Əkbər oğlu və 1994-cü il təvəllüdlü Quliyev  Elmir Haqverdi oğlu olub.
 
Faktla bağlı araşdırma davam edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR