Ağdam rayonunda intihar hadisəsi olub.
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Cəmənli kəndində baş verib.
Kənd sakini, 2001-ci il təvəllüdlü İlkin Məmmədov yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq intihar edib.
İlkin məlumata görə, o, ali məktəbə qəbul olmaq üçün rayonda fəaliyyət göstərən hazırlıq kurslarından birinə gedirmiş. İ.Məmmədov kursda aşağı bal topladığı üçün intihar edib.
Faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.






