İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağcabədi İcra Hakimiyyətindən vətəndaşın şikayətinə rəsmi reaksiya...

1002 16.07.2014 14:49 Ölkə A A
Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov musavat .com saytında dərc olunan yazıyla bağlı rəsmi açıqlama verib.

Redaksiyamızın elektron poçtuna göndərilmiş həmin açıqlamada bildirilir: “Ağcabədidə yaşayan məcburi köçkün məmurlardan şikayətlənir” başlıqlı yazıyla bağlı bildiririk ki, Laçın rayon sakini, hazırda Ağcabədi rayonu Kürdlər bələdiyyəsi ərazisində məskunlaşmış Əhməd Əhmədovun 10 hektar taxıl əkib, bununla bağlı hər hektardan 80 manat subsidiya ala bilməməsi ilə bağlı şikayəti tamamilə əsassızdır.

Belə ki, Kürdlər bələdiyyəsi tərəfindən Əhməd Əhmədova 5 ha, qardaşı Qələndər Əhmədova 15 ha torpaq müqavilə əsasında müvəqqəti olaraq, örüş–otlaq kimi istifadəyə verilib. Mövcud qanunvericiliyə görə torpaq sahəsindən təyinatı üzrə istifadə olunmalıdır. Həmçinin əkilmiş taxıl sahəsinin hər hektarına görə subsidiya – mövcud torpaq sahəsinin şəhadətnaməsi olduğu halda verilir. Odur ki, Əhməd Əhmədovun şikayəti tamamilə  əsassızdır.

Bildiririk ki, Əhməd Əhmədovun qardaşı Qələndər Əhmədov keçən həftənin 5-ci günü Rayon İcra Hakimiyyətinin baçısının qəbulunda olub. Qəbulda onunla torpaq mübahisəsi olan qardaşı Əhməd Əhmədovdan şikayət edib. Qələndər Əhmədov bildirib ki, Əhməd onun əlindən 5 ha torpağını zorla alıb.

Odur ki, bu tipli materialların verilməsinin doğruluğuna əmin olduqdan sonra saytda yerləşdirilməsini  məqbul hesab edirik”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR