İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağalarovun başı dərddə: Moskvada terrordan zərərçəkənlər “Krokus” sahiblərindən şikayətçi oldular

1665 02.04.2024 16:04 Son xəbər A A

“Krokus Siti Holl”da törədilən terror aktının qurbanları konsert zalının sahiblərinə qarşı cinayət işinin başlanması tələbi ilə Rusiya İstintaq Komitəsinə (İK) ərizə ilə müraciət ediblər.

Musavat.com-un xəbərinə görə, bu barədə “RİA Novosti”yə vəkil İqor Trunov məlumat verib.

Onun sözlərinə görə, zərərçəkənlər təhlükəli xidmət göstərən iş adamlarının məsuliyyətə cəlb olunmasını xahiş edirlər. Ərizə aprelin 2-də Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə təqdim edilib. Onu “Piknik” qrupunun konsertini çəkməli olan çəkiliş qrupunun rəhbəri İvan Pomorin və terror aktı qurbanlarının yaxınları da daxil olmaqla 11 nəfər imzalayıb.

Açıqlamada deyilir ki, “Krokus Siti Holl” 90-cı illərin sonunda dizayn edilib və 2009-cu ildə tikilib. O vaxtdan bəri təhlükəsizlik tələbləri çox dəyişib - müasir sistemlərə lazer sensorları, avtomatik yanğınsöndürmə və üzləmədə yanğınadavamlı materiallardan istifadə daxildir. Bununla belə, bina sahibləri təhlükəsizliyin təmin edilməsinə sərmayə qoymayıblar. Hüquqşünas hesab edir ki, bina sahibləri bunun ağır nəticələrinə görə birbaşa məsuliyyət daşıyırlar.

Bir neçə gün əvvəl “Krokus Siti Holl” konsert zalında terrorçulardan qaçmaq istəyən insanların bağlı qapılarla qarşılaşması iddialarına cavab verən “Krokus”un sahibinin oğlu Emin Ağalarov bildirib ki, o qapılar evakuasiya üçün deyil, işçilər üçün nəzərdə tutulub. Binanın evakuasiya üçün nəzərdə tutulan qəza çıxışları hadisə vaxtı normal şəkildə işlək olub, heç biri bağlı olmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR