İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağadadaş Ağayevin "balta insidenti" ilə bağlı YENİ MƏQAMLAR: "Qulağına 6 tikiş qoyulub..." VİDEO

1580 23.07.2024 20:15 Kriminal A A

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev "Medera" klinikasının mühafizəçisi ilə əlbəyaxa olub. Hadisə nəticəsində Ağadadaş Ağayevin mühafizəçiyə atdığı balta klinikada çalışan xadiməni yaralayıb.

Musavat.com xəbər verir ki, hadisə ilə bağlı jurnalist Məhəmmədəli Qəribli sosial şəbəkədə yeni detallar paylaşıb.

O bildirib ki, hadisə bu gün yox, dünən - 22 iyulda səhər saatlarında baş verib:

"Sadəcə, xəbər bu gün "partladı". Hadisənin gecəsi isə Ağadadaş Ağayev məhz "Medera"da əməliyyat olunub. Ağadadaş Ağayev "Medera" ilə çox yaxın məsafədə yerləşən, özünə məxsus olan "Büsat" şadlıq evinin həyətində ikimərtəbəli ev tikib, orada yaşayır.

Hadisənin baş verdiyi günün gecəsi Xalq artisti içkili vəziyyətdə öz evində yıxılır və qulağını zədələyir. Onu gətirirlər "Medera"ya və gecə qulağına 6 tikiş qoyurlar. Hətta MRT olunur. Əməliyyatı da əslən Masallıdan olan bir həkim edib. Bildirilir ki, bütün bunların müqabilində Ağadadaş Ağayev "Medera"ya 1000 manat pul ödəyir. Səhər baxır ki, qulağında ağrı var, mühafizəçidən xahiş edir ki, evə bir tibb bacısı göndərsin. Nəticədə kobud cavab alır.

Sonrasını da gördünüz".

Musavat.com hadisə anının videosunu da təqdim edir:


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR