ABŞ-ın paytaxtı Vaşinqtondan diaspor fəalı Zaur Bayramlı Musavat.com üçün Ağ Evin qarşısından video çəkərək göndərib.
Musavat.com xəbər verir ki, 27 fevral 2022-ci il tarixində, Vaşinqton vaxtı ilə saat 14:00-da Ağ Ev yaxınlığında böyük bir meydanda on mindən çox insan toplaşaraq Ukraynanın haqlı savaşına öz dəstəklərini nümaiş etdiriblər.
Zaur bayramlı qeyd edib ki, burada dünyanın demək olar ki, əksər demokratik, çağdaş xalqlarının bayraqlarına rast gəlmək mümkündür. Azərbaycanın güneyli və qüzeyli vətəndaşları da bayraqları ilə öz dəstəklərini ifadə etmək üçün Ukraynaya dəstək mitinqinə qatılıblar.
Ağ Evin qarşısından görüntüləri təqdim edirik:
Musavat.com
![]()






