İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev: "Vanna otağının təmirinə 1.2 milyon dollar ayrılıb, 30 milyon nəfər isə acdır"

1149 10.01.2021 14:20 Dünya A A

Cil Bayden Melania Trampdan da bədxərcdir?

ABŞ-ın birinci xanımı Melania Tramp Ağ Evi tərk etməyə hazırlaşır. Amerikanın 70 yaşlı gələcək birinci xanımı Cil Bayden isə onun yerini tutmağa tələsir. Sosial şəbəkələrdə gələcək birinci xanımın bədxərcliyi indidən qızğın mübahisələrə səbəb olub. Belə ki, Çil Baydenin vanna otağının təmiri üçün 1.2 milyon dollar xərclənəcək. Ağ Evdə “dibdən təmizləmə işlərinə” isə 127 min dollar gedəcək. Bu barədə Böyük Britaniyanın “express.co.uk” saytı xəbər yayıb.

Qəzet bildirir ki, Melenia Trampın Ağ Evdəki məşhur “Qızılgül bağçası”nda müəyyən təmir işləri aparması amerikalıların heç də xoşuna gəlməmişdi. Onlar sosial şəbəkələr üzərindən birinci lediyə etiraz etmişdilər. Əsas arqument bu idi ki, pandemiya dönəmində vergi ödəyən vətəndaşların hesabına belə işlərlə məşğul olmaq israfçılıqdan başqa bir şey deyil.

Sosial media istifadəçiləri Twitter-də #RoseGardenMassacre haştaqini açaraq Melenia Trampı tənqid atəşinə tutdublar. Amerikalı aktrisa və sosial fəal Mia Farrov bu münasibətlə yazmışdı: “Kədərlidir. Qızılgül bağçası əvvəl daha gözəl idi. 30 milyon amerikalı qidalanmaq üçün kifayət qədər ərzaq tapmır. Siz isə bizim hesabımıza belə gərəksiz işlərlə məşğul olursuz”.

Bəzi sosial meda istifadəçiləri isə birinci ledini müdafiə edirdi. Deyirdilər ki, bu kimi işlər şəxsi ianələr hesabına görülür.
Gələcək birinci xanım Çil Baydenin indidən belə planlar qurması isə çoxlarının ürəyincə deyil. Amerikalılar hesab edirlər ki, 30 milyon acı olan ölkədə bu səviyyədə özünəvurğunluq nümayiş etdirmək olmaz.

Elbəyi Həsənli, Sürix

Jill Biden news: Future FLOTUS set to spend $1.2m on White House bathrooms | World | News | Express.co.uk

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR