İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev TƏKZİB ETDİ: Tramp Putinlə danışmayıb

307 14.03.2025 19:56 Dünya A A

ABŞ prezidenti Donald Tramp cümə axşamı Rusiya lideri Vladimir Putinlə telefonla danışmayıb. 

Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.

"Xeyr, danışmayıb. Moskvada Putinlə Stiv Uitkoff danışıb", - deyə Livitt Trampın cümə axşamı Putinlə telefon əlaqəsi saxlayıb-saxlamadığı barədə suala cavab verib.

Tramp daha əvvəl rusiyalı həmkarı ilə cümə axşamı, martın 13-də baş tutan danışıqlarla bağlı mesaj yayıb.

"Dünən biz Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı və məhsuldar müzakirələr apardıq. Bu dəhşətli, qanlı müharibənin nəhayət bitməsi üçün hər cür şans var", -  o, "Truth Social" sosial şəbəkəsində yazıb.

Lakin ABŞ lideri həmin müzakirələrin telefon danışığı olub-olmadığını və ya Putinin Stiv Uitkoffla görüşünə istinad edib-etmədiyini dəqiqləşdirməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR