İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev Ərdoğanın Gülənlə bağlı dediklərini təkzib etdi

4725 08.03.2014 12:47 Gündəm A A
Ağ Ev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Barak Obama ilə telefon danışığında Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini xahiş etməsi və Barak Obamanın bu istəyə müsbət yanaşması barədə dediklərini təkzib edib. Musavat.com-un “Cihan”a istinadən verdiyi məlumata görə, Ağ Evin təmsilçisi Maqnuson bəyan edib ki, Barak Obama Rəcəb Tayyib Ərdoğanla fevralın 19-dakı telefon danışığında “Mesaj alındı” deməyib: “Prezident Obamaya Fətullah Gülənlə bağlı aid edilən cavab həqiqəti əks etdirmir”

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Barak Obamaya “ölkəmizdəki narahatlığın qaynağı ordadır və sizdən lazım olan addımları gözləyirəm” dediyini bildirib. Baş nazirin sözlərinə görə, Barak Obama “Mesaj alındı” cavabını verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR