İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev Donald Trampın immiqrasiya ilə bağlı yeni qərarlarını ləğv edən məhkəmə qərarından hiddətlənib

498 26.04.2017 10:41 Son xəbər A A

Ağ Ev ABŞ prezidenti Donald Trampın immiqrasiya ilə bağlı yeni qərarlarını ləğv edən məhkəmə qərarından hiddətlənib. "Report" xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.

Qeyd edək ki, daha əvvəl San-Fransisko məhkəməsi administrasiyanın rəhbərləri qeyri-qanuni immiqrantları hüquq-mühafizə orqanlarına verməyən "sığınacaq-şəhərlər"in federal maliyyələşdirilməsindən imtina ilə bağlı qərarına hüquqi qüvvə verməmişdi. Elə həmin məhkəmə fevral ayında D.Trampın bəzi ölkələrin vətəndaşlarına müvəqqəti ABŞ-a girişi qadağan edən immiqrasiya fərmanını ləğv edib.

"Bu gün qanunun aliliyi prinsipinə daha bir zərbə vuruldu: heç kimin seçmədiyi hakim birtərəfli qaydada ölkəmizin immiqrasiya siyasətini yenidən yazdı. Bu iş tək, heç kim tərəfindən seçilməyən dairə hakiminin səlahiyyətlərin aşılması üzrə növbəti biabırçı nümunədir", - Ağ Evin bəyanatında deyilir.

Ağ Ev "sığınacaq-şəhərlər"ə dair əvvəllər elan edilən siyasətini həyata keçirmək üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyini də bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR