İnsanlara hürriyət, millətlərə istiqlal!

Afinada insanlar güclü yanğın səbəbindən təxliyyə olunur

397 12.08.2019 10:16 Son xəbər A A

Yunanıstanın paytaxtı Afinada güclü meşə yanğınları başlayıb.

“Report” xəbər verir ki, bu barədə Mülki Müdafiə Baş Katibliyi məlumat yayıb.

Meşə İmitos dağının ətəyində yerləşən Peaniya şəhəri yaxınlığında yanır.

Bildirilir ki, alov regionda müşahidə olunan 40 dərəcə isti və güclü külək səbəbindən yayılır ki, bu da Afinada "qırmızı" hava təhlükəsi rejiminin tətbiqinə səbəb olub.

Alovun güclü külək vasitəsi ilə yayılması nəticəsində artıq regionda 60-dan çox meşə yanğını ocağı yaranıb. Bu səbəbdən də yerli əhalinin təxliyyəsinə başlanılıb.

Hazırda yanğınların söndürülməsinə bütün fövqəladə xidmətlər və aviasiya qüvvələri cəlb olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR