İnsanlara hürriyət, millətlərə istiqlal!

AFFA “Trabzonspor” klubunun futbolçusunun milliləşdirilməsi ilə bağlı iddiaya münasibət bildirib

868 10.10.2017 16:49 İdman A A

AFFA Türkiyənin “Trabzonspor” klubunun futbolçusu Tayyip Ebrar Cumurun milliləşdirilməsi ilə bağlı iddiaya münasibət bildirib.

Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu “Report”a açıqlamasında xəbəri təkzib edib. O, sözügedən oyununçunun AFFA-nın maraq dairəsində olmadığını söyləyib: “Məsələ ilə bağlı AFFA-nn Texniki Departamenti ilə danışdım. Mənə dedilər ki, Tayyip Ebrar Cumurla bağlı iddia həqiqəti əks etdirmir”.

Qeyd edək ki, Türkiyə mətbuatında yer alan xəbərlərdə 1999-cu il təvəllüdlü mərkəz yarımmüdafiəçisinin Azərbaycanda doğulduğu və müvafiq pasporta malik olduğu bildirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR