İnsanlara hürriyət, millətlərə istiqlal!

AFFA rəhbərliyi Karlos Alberto Torresin vəfatı ilə əlaqədar başsağlığı verib

1215 26.10.2016 11:38 İdman A A
AFFA rəhbərliyi Azərbaycan milli komandasının sabiq baş məşqçisi Karlos Alberto Torresin vəfatı ilə əlaqədar başsağlığı verib. 

"Report"un məlumatına görə, bununla bağlı qurumun rəsmi saytında başsağlığı mətni yerləşdirilib. 

Mətndə deyilir: "Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi Azərbaycan milli komandasının sabiq baş məşqçisi, braziliyalı futbol mütəxəssisi Karlos Alberto Torresin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına ölkə futbol ictimaiyyəti adından dərin hüznlə başsağlığı verir".

Qeyd edək ki, Karlos Alberto Torres ötən gün 73 yaşında ikən ürək tutmasından vəfat edib. 1970-ci ilin dünya çempionu 2004-cü il fevralın 14-dən 2015-ci il iyunun 4-dək Azərbaycan yığmasının baş məşqçisi olub.  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR