İnsanlara hürriyət, millətlərə istiqlal!

AFFA prezidenti: "Gələn mövsüm Premyer Liqada neçə komandanın iştirak edəcəyinə hələ qərar verilməyib"

780 22.04.2017 13:19 İdman A A

"Gələn mövsüm Azərbaycan Premyer Liqasında neçə komandanın iştirak edəcəyinə dair qərar hələ verilməyib".

"Report" xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

O deyib ki, lisenziya ala bilən klubların hamısı 2017-2018 mövsümündə Premyer Liqada iştirak edəcəklər.

R.Abdullayev elitada sonuncu yeri tutan AZAL-ın I Diviziona enib-enməyəcəyi barədə məsələyə də münasibət bildirib: "Bu məsələyə baxacağıq.

Yəqin ki, axırıncı yeri tutan komanda Premyer Liqanı tərk edəcək. I Diviziondan gələn olsa, AZAL elitanı tərk edəcək. Hələlik neçə komandanın gələcəyi bilinmir".

Qeyd edək ki, hazırda Premyer Liqada 8 komanda mübarizə aparır. I Divizionda isə "Turan Tovuz" çempion olaraq yüksək liqaya vəsiqə qazanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR