İnsanlara hürriyət, millətlərə istiqlal!

AFFA-da ayrılıq: İntizam Komitəsi hüquqşünassız qaldı

420 20.04.2022 13:22 İdman A A

AFFA İntizam Komitəsinin beş üzvündən biri işindən ayrılıb.

Oxu.Az-ın xəbərinə görə, bu, AFFA-nın hüquqşünası işləmiş Məhəmməd İsmayılovdur.

O, Prezident Administrasiyasında işə düzəldiyi üçün bu ayın 1-dən AFFA-dakı işindən ayrılıb.

Qeyd edək ki, AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynovdur. Qurumun digər üzvləri sabiq futbolçu Cahangir Həsənzadə, İlqar Əliyev və Məlik Həsənovdur.

Xatırladaq ki, Məhəmməd İsmayılov ötən ilin mayın 31-də AFFA İcraiyyə Komitəsinin qərarı ilə üzv təyin olunmuşdu.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR