İnsanlara hürriyət, millətlərə istiqlal!

Afət Fərmanqızı qalmaqallı "üzr videosu"dan danışdı: "Onu üzr istəməyə məcbur edənlər... "

2067 19.08.2023 15:45 Gündəm A A

Xəbər verdiyimiz kimi müğənni Afət Fərmanqızı onu təhqir etdiyini iddia etdiyi izləyicisinin üzr videosunu yayıb.

Buna görə müğənni sərt tənqid olunub. Sosial media istifadəçiləri Afət Fərmanqızının yaydığı bu videoda cinayət tərkibi olduğunu bildirərək, hüquq-mühafizə orqanlarından müğənni haqda araşdırma aparmağı tələb ediblər.

Məsələ ilə bağlı hazırda Rusiyada yaşayan müğənni Afət Fərmanqızı Musavat.com-a açıqlama verib.

Müğənni baş verənlərdən xəbəri olmadığını deyib:

"Ümumiyyətlə, bu məsələdən mənim xəbərim olmayıb. Özü hər yerdə dayanmadan, gecə-gündüz məni söyüb, barəmdə təhqiredici ifadələr səsləndirib, sonra da çıxıb üzür videosu yayıb. Görünür ki, başı xarabdır. Mən də sosial mediadan onun videosunu götürüb, paylaşmışam ki, bu nə deməkdir, həm söyür, həm də özü üzr videosu yayır.

O ki qaldı məsuliyyətə, qanun qarşısında boyumuz qıldan incədir. Amma burada məsuliyyəti onun videosunu yayan media daşıyır, yəni mən də mediaya istinadən paylaşmışam.

Bəlkə də ola bilər ki, məni sevən fanatlarım ona üzr istədib. Mən sizin media vasitəsi ilə həmin fanatlarıma səslənirəm ki, əgər siz onu üzr istəməyə məcbur etmisinizsə, belə şeylər etməyin, belə etməklə məni gözdən salırsınız. O adam da yazıqdır, istəmirəm ki, mənim vətənimin oğlu belə alçalsın".

Müğənni onu təhqir edən şəxsin xarici ölkədə yaşadığını da qeyd edib:

"Mən araşdırdım, həmin şəxs Rusiyada yaşayır. Etdiyi təhqirlərə görə polisə müraciət etmək istəyirdim, mənə bildirdilər ki, o şəxs Rusiyada yaşayır, ona görə də Azərbaycan polisi ona müdaxilə edə bilməz.

Biz sənətçilərdən kim öndədirsə, əli çatmayan başlayır onu söyməyə. İstirahət edirsən, istirahət edə bilməyən söyür, ərə gedirsən, əri olmayan söyür, maşın alırsan, maşını olmayan söyür, yaxşı günlü olursan, pis günlü olan söyür və sairə. Sanki bütün problemlərin kökündə biz müğənnilər dayanırıq".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR