İnsanlara hürriyət, millətlərə istiqlal!

Afaq Gəncəli: “Doğma övladımı saxlaya bilmədim, başqasının uşağına necə baxaram?"

1631 04.08.2020 13:25 Şou-biznes A A

“Onu milyonlar görürsə, mənim ailəmə layiq deyil"

Aparıcı Afaq Gəncəli "ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikasının qonağı olub.

Musavat.com xəbər verir ki, illər öncə oğlunu itirmiş aparıcı övladlığa uşaq götürməməsinin səbəbini açıqlayıb: 

“Uşaqları çox sevirəm, dillərini tapıram. Hər kəs keçsin günahımdan, bunu edə bilmərəm. Doğma övladımı saxlaya bilmədim. Başqa bir ailənin övladına belə etsəm, özümü bağışlaya bilmərəm. Bu məndə fobiya kimi yaranıb. Sabah bir şey baş versə, özümü on qat artıq günahkar hiss edərəm. O uşaq əmanətdir, onu saxlamağı boynuma götürürəm, söz verirəm ki, uşağı böyüdüb, saxlayıb, boya-başa çatdıracam. Bunu edə bilməsəm, gərək özümü öldürüm. Tanrı qarşısında böyük bir məsuliyyətdir". 

Daha sonra Afaq məşhur qadınların yaşadığı çətinliklərdən danışıb:

"Televiziya qədirbilməz sahədir. Yaxşılıq tez unudulur. Əgər aparıcısansa, şöhrətin də olacaq. Bu aləmin puluna varmamışam. Beş il maaş almadan işləmişəm. Bundan şərəf duyuram, Azərbaycan Dövlət Televiziyasında çalışmaq fəxrdir.

Peşəmi nə qədər sevsəm də, çox şeyi itirmişəm. Peşəmə görə xoşbəxtliyimin bir tərəfin itirmişəm, böhtanlara məruz qalmışam. Aparıcıların hamısından soruş, bunu deyəcəklər. Bu qadınların həyatları uğurlu deyil. "Onu milyonlar görürsə, mənim ailəmə layiq deyil" deyirlər. Hələ də bu fikirlə yaşayanlar var”.

Könül İbrahim,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR