İnsanlara hürriyət, millətlərə istiqlal!

Afaq Bəşirqızıdan yeni bir "Söylü" açıqlaması - "Padvalda doğulan əsgər ola bilməz" -VİDEO

6512 21.07.2020 14:45 Son xəbər A A

Xalq artisti Afaq Bışirqızı "üzrü günahından betər" açıqlamalarını davam etdirir.

Oxucuların xatirində olar, Afaq xanm həftələr öncə "şəhərli-kəndli" polemikası başlatmış, kənd yerlərindən ev-eşiklərini, torpaqlarını qoyub, iş dalınca Bakıya gələn və şəhərdə əlverişsiz şəraitdə yaşayaraq nəsil artıran insanları aşağılamış və buna görə sürəkli və haqlı tənqidlərə məruz qalmışdı. 

Belə görünür ki, xalq artisti hələ də o tənqidlərin təsiri altındadır və hər dəfə bu mövzuda yeni, tutarlı nəsə deməyə çalışaraq, özünün o zaman haqlı olduğunu sübuta yetirməyə çalışır. Əfsus ki, Bəşirqızı düşdüyü bataqlıqda çabaladıqca, daha da batır. 

Onun son videosu bunun sübutudur. "Şəhər sevdasıya təsərrüfatını qoyub Bakıya gələnlər"ə dair sual verən həmkarımıza da "alqış" düşür, amma Afaq xanım da bilməlidir ki, insanlar o dediyi kimi, "padvallara" keflərindən gəlmirlər, onları buna işsizlik və ehtiyac vadar edir. 

Məşhur aktrisamızın şəhidlərlə bağlı dediklərinə gəlincə, çox yanılır. Bu ölkənin uğrunda canın verənlər arasında çadır şəhərciyində yaşayan oğlanlar da var, zirzəmidə doğulanlar da, adlı-sanlıq yazıçıların, hətta nazir kürsüsündə oturan şəxslərin ailəsində anadan olanlar da. Generalın şəhidi olduğu ölkədə şəhidlər arasında ayrı-seçkilik qoyulmamalıdır.

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR