İnsanlara hürriyət, millətlərə istiqlal!

Afaq Bəşirqızı: "Novruz Qartalın şəkli üzərində reytinq qazananların elə o vəziyyətə düşməsini arzulayıram"

555 22.12.2021 15:11 Şou-biznes A A

"Novruz Qartal ilə bağlı verdiyim açıqlama təhrif olunub, tamamilə kontekstdən çıxarılıb".

Bu sözləri Xalq artisti Afaq Bəşirqızı Musavat.com-a açıqlamasında bildirib.

Xalq artisti "Novruz Qartalı milli qəhrəman etmisiniz, az yazın da..." başlıqlı yazıda fikirlərinin tamamilə təhrif olunduğunu deyib:

"Ötən gün jurnalistlərdən biri mənə zəng edərək, Novruz Qartalla bağlı sual verdi. Əlbəttə ki, bir neçə dəfə Novruz Qartal haqqında rəy bildirmişəm. Hazırda səhhətimlə bağlı ümumiyyətlə, açıqlama verə bilmirəm. Dünən də jurnalist zəng edəndə səhhətimlə bağlı müalicə alırdım. Elə bir vəziyyətdə idim ki, ümumiyyətlə, zənglərə cavab vermək imkanım yox idi. Bununla belə bildirdim ki, Novruz Qartal ağır xəstəliyə tutulub, bəs sizlər bunun üçün hansı köməkliyi etmisiniz, müraciətləriniz olubmu? Bəli, Novruz Qartalın evə ehtiyacı olub. Bunun üçün nə etmisiniz?

Daha sonra bildirmişəm ki, açıqlama vermək iqtidarında deyiləm, amma Novruz Qartalın o cür üzücü şəklini paylaşıb az qala "milli qəhrəmana" çevirmisiniz, bu cür olmaz. İnsanın o cür şəklini paylaşıb, üzərindən reytinq qazanmaq, onun xəstəliyi, mənliyi ilə oynamaq olmaz. Beləcə 2-3 cümlə bu yöndə söz demişəm, sözlərimi təhrif edib, o cür dərc ediblər.
Novruz Qartal məni illərdir tanıyır, illərdir birlikdə işləyirik və mənim ona olan münasibətimi çox yaxşı bilir.

Novruz Qartalın xəstə olması haqda bundan əvvəl də yazılmışdı. Bəs müraciətlər oldumu?
Bu gün nə qədər aktyor və aktrisa ağır vəziyyətdə yaşayır. Bu cür məsələləri vaxtında gündəmə gətirmək və sənətkarlara sözün əsl mənasında dəstək olmaq, barələrində yazmaq lazımdır. Daha ağır yataq xəstəsi olandan sonra reytinq xətrinə xəbər yazmaq, onu incitmək yox.

Heç kəs mənimlə Novruz Qartalın arasına girə bilməz, hərçənd mən heç açıqlama verməmişəm. O sözləri də ona görə demişəm ki, aktyorun hər dəfə həmin xəstə, üzücü şəklini qoyub, ailəsini, övladlarını düşünmürsünüz. Novruz Qartalı bu qədər miskin, zəif təqdim etməyin. Əlbəttə ki, insan xəstələnəndə ağır vəziyyətə düşür, xüsusən də üz cizgilərində dəyişikliklər olur. Onun bu halını dəfələrlə təqdim etmək etik baxımdan da doğru deyil.

Mənim hazırda 67 yaşım var. Bu vaxta qədər heç kimə qarğış etməmişəm. Amma fikrimi təhrif edənlər, Novruz Qartalın şəkli üzərində reytinq qazananların elə o vəziyyətə düşməsini arzulayıram. Ayıbdır, bəsdirin bu sənətkarları məsxərəyə qoydunuz".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR