İnsanlara hürriyət, millətlərə istiqlal!

Afaq Bəşirqızı ən böyük arzusundan DANIŞDI: "Həkimlər icazə versə..."

1988 04.09.2022 16:44 Mədəniyyət A A

"Sentyabrın 15-dən "İstintaq" pyesinin məşqləri başlayır. Orada Səlimə xanım obrazını canlandıracam. Bu tamaşa çoxdankı arzum idi".

Bunu Musavat.com-a Xalq artisti Afaq Bəşirqızı deyib. 

Xalq artisti bildirib ki, tamaşanın 3 əsas iştirakçısı var:

"Mən 4 ildir ki, səhnəyə çıxmıram. Köhnə repertuarlarımı oynamaq istəmirəm. Tamaşaçılarım üçün darıxmışam. Onlar da mənim yolumu gözləyirdilər. Amma hələ ki, komediya oynaya bilməyəcəm. 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədar Şuşaya dəvət alıb. Həkimlər icazə versə, mən də gedəcəm. Hələ ki, icazə yoxdur. Hazırda özümü yaxşı hiss edirəm.  

Mən Laçın, Şuşa, Qubadlı və Ağdamı qarış-qarış gəzmişəm. Qarabağın hər qarışı mənim üçün doğmadır. Şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyirəm. Qazilərimizə can sağlığı, səbr arzu edirəm. Torpaq uğrunda can qoyan şəxsiyyətlərə minnətdarlıq edirəm, şəhidlərimizin ruhları qarşısında, onların analarının qarşısında baş əyirəm". 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR