İnsanlara hürriyət, millətlərə istiqlal!

ADP VƏ BAXCP DİKTATORUN GÖZ YAŞLARINA ACIYIR

1246 25.10.2011 09:06 Siyasət A A
Türk Dövlətləri Əməkdaşlıq Şurasının Almatı görüşünün nəticələrinə dair müzakirə aparan İdarə Heyəti bu yığıncağı müsbət qiymətləndirib, Özbəkistanın da bu quruma üzv olmasının zəruriliyi vurğulanıb və gələcəkdə dövləti olmayan türk dilli xalqların bu qurumda hər hansı formada təmsilçiliyi istiqamətində fəaliyyətin məqsədəuyğunluğu bir daha qeyd edilib.
İclasda Azərbaycan hökumətinin Rusiya baş nazirinin təklif etdiyi MDB-nin azad ticarət təşkilatına üzv olmaqdan imtina edilməsi haqqındakı qərarı da təqdir olunub. Partiya ölkəmizin Avropa Birliyinə inteqrasiyası və Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə istiqamətlənmiş siyasəti daha düzgün hesab edib.
ADP İH ABŞ dövlət katibinin müavini U. Börnsün Azərbaycana səfərini və onun ölkəsi üçün demokratiya və təhlükəsizlik maraqlarının bir tam şəkildə olması, habelə korrupsiyaya qarşı ciddi mübarizənin, bu istiqamətdə islahatların aparılmasının labüdlüyü ilə əlaqədar mətbuata verdiyi açıqlamanı yüksək qiymətləndirib.
ADP Liviyanın keçmiş lideri Müəmmar Qəzzafinin uzun müddət çəkən qanlı müqavimətindən sonra təslim edilməsini müsbət hadisə kimi dəyərləndirib, lakin Qəzzafinin məhkəmə qarşısına çıxarılmadan öldürülməsi səhv hesab edilib.
Deputat Qüdrət Həsənquliyevin sədrlik etdiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyəti də dünənki iclasından sonra yaydığı açıqlamada Qəzzafinin tutulduqdan sonra məhkəmə hökmü olmadan xüsusi amansızlıqla qətlə yetirilməsi, onun cəsədinin təhqir olunması və ictimai nümayişə çıxarılmasının bəşəri və insani dəyərlərə zidd olduğunu bəyan edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR